AZAL-la "Kəpəz" arasındakı Azərbaycan Premyer Liqasının XXVIII tur matçının sonlarında meydanda insident baş verib. Sportnet.az-ın məlumatına görə, qonaq komandanın kapitanı Tural Axundov cərimə zərbəsi zamanı topu təyin olunmuş nöqtədən irəli qoyub.
Baş hakim Fariz Yusifov Axundovdan topu yerindən vurmasını istəyib. Lakin futbolçu buna məhəl qoymayıb. Bu zaman AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ona irad bildirib. Axundov isə Əhmədova etirazla cavab verib. 45 yaşlı mütəxəssis öz növbəsində gülərək, kapitanı "yola verib".
Qeyd edək ki, hazırda AZAL öndədir - 2:0.