"Danışmaq çətindir. Rəqib qol vəziyyətindən ağıllı şəkildə istifadə etdi. Bu hesab bizə yaraşmır. Növbəti oyunları düşünməliyik. Nəticə faciəvi oldu. Məsuliyyət mənimdir". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev AZAL-a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
O bildirib ki, AZAL xırda səhvlərdən yararlanıb: "Kimsə nəsə etmək istəyirdi. Amma bu meydanda etmək çətindir. Xırda səhvlər etdik. Rəqib bundan yararlandı".









































































