
"İnter”in qapıçısı Kamran Ağayev "Qəbələ” ilə oyunu yarımçıq tərk etməli olub. Sportnet.az-ın məlumatına görə, təcrübəli əlcək sahibi keçmiş komandası ilə hazırda davam edən oyunda topu qapı xəttindən vurarkən zədələnərək sıradan çıxıb.
Ancaq bu anda Ağayevi gürcü qapıçı Georgi Lomaya əvəzlənsəydi, "İnter”ə texniki məğlubiyyət veriləcəkdi. Çünki bu halda legioner limiti pozulurdu. Ona görə də baş məşqçi Zaur Svanadze əvvəl meydana yerli futbolçu Elnur Abdullayevi buraxmaqla limitin pozulmasına imkan vermədi. Lomaya yalnız bundan sonra Ağayevi "çərçivə”də əvəzlədi.
Qeyd edək ki, Ağayev zədəsi ilə əlaqədar xəstəxanaya aparılıb.