
"AZAL-la oyunda meydana qalib gəlmək üçün çıxmışdıq. Ancaq məğlub olduq. Bu gün bizim gün deyildi”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Kəpəz”nin braziliyalı futbolçusu Junior Osvaldo deyib. Onun sözlərinə görə, hər bir komandanın ardıcıl qələbələrdən sonra uğursuz nəticə göstərməsi mümkündür: "Bu, futboldur. Bəzən qalib gəlirik, bəzən uduzuruq. Hərdən yaxşı oynayırıq, hərdən pis. Bu gün buraxdığımız səhvlər nəticədində belə hesabla uduzduq. Növbəti matçlarda həmin səhvləri təkrarlamamalıyıq".
34 yaşlı yarımmüdafiəçi 90+3-cü dəqiqədə kobud oyuna görə həm qapılarına təyin olunan penaltiyə səbəbkar olub, ikinci sarı vərəqə alaraq meydandan çıxarılıb. Juninyo kimi tanınan futbolçu ilk sarı vərəqə aldığı epizodda baş hakim Fariz Yusifovun qərarı ilə razılaşmır: "İkinci sarı vərəqə vərəqədə kobudluq etmmişdim. Razıyam, bu "sarı"lıq idi. Bu, məndə ikinci olduğundan qırmızı oldu. Ancaq ilk vərəqə aldığım epizodda kobud oynamamışdım. Ancaq baş hakim bunu "sarı" kimi dəyərləndirdi. Bu, onun qərarıdır, nə edə bilərəm? Əlbəttə, seçim baş hakimə məxsusdur və onun qərarıyla razılaşmalıyıq".