AFFA-nın Klublar Komitəsinin növbəti iclasının vaxtı hələ dəqiqləşməyib. Bu haqda Sportnet.az-a açıqlama verən qurumun sədri Fikrət Hüseynov toplantının müddətinin bu həftə dəqiqləşəcəyini bildirib.
Onun sözlərinə görə, bu gündən başlayaraq həmin istiqamətdə işlər aparılacaq: "Klublar Komitəsinin katibi Firuz Abdulla həftənin ilk günündə klub rəhbərləri ilə əlaqə yaradacaq. Bundan sonra iclasın tarixi bilinəcək. Apreldəki toplantımızın tarixi yaxın günlərdə dəqiqləşəcək. Martda iclasımızın olmamağı həm AFFA-nın Hesabat-Heçki Konfransının keçirilməsi, həm də daha sonra Novruz bayramı ilə əlaqədar ölkədə uzunmüddətli istirahətlə bağlı idi”.