1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-dan mövsümün ilki
AZAL mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz”i 3:0 hesabı ilə məğlub edən paytaxt klubu həm də cari mövsümdə ilk dəfə eyni qarşılaşmada 2-dən artıq qol vurub.
Əvvəlki 27 görüşdə maksimum 2 top vuran və bu üzdən də böyük hesabla qalib gəlməyən Tərlan Əhmədovun yetirmələri sonuncu uğurunu ötən çempionatda əldə etmişdi. 2014/15 mövsümünün sonuncudan əvvəlki qarşılaşmasında "Simurq”u qəbul edən AZAL 5:0 hesabına sevinmişdi. 2015-ci il mayın 22-dəki görüşdən 317 gün sonra bakılılar 2-dən çox qol vurub və ən azı 3 top fərqli qələbə əldə edib. Ötən çempionatın son matçını da saysaq, AZAL bunu 28 matçdan sonra gerçəkləşdirib.
"Kəpəz” isə mövsümdə ikinci dəfə 0:3 hesabı ilə uduzur. Gəncəlilər 134 gün əvvəl "Qarabağ”la matçda da paytaxtdan böyükhesablı məğlubiyyətlə dönmüşdü.
Bu, AZAL-ın Premyer Liqadakı çıxışları tarixində yubiley – 20-ci böyükhesablı qələbədir. Bakılılar bu göstəricidə 12-cidir. Ən çox belə uduzanlar sırasında 6-cı olan "Kəpəz” isə 33-cü dəfə 3 və daha çox top fərqilə yenilib.