Azərbaycan Premyer Liqasında XXVIIIi turun "Qəbələ" ilə matçında zədələnərək meydanı tərk edən "İnter"in qapıçısı Kamran Ağayevin durumuna aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, həkim müayinəsi zamanı Ağayevin ayağında hər hansı bir sınıq və çatın olmadığı, ancaq oynaqdaxili zədələnmə müşahidə olunub.
Hazırda təcrübəli qapıçının ayağına gips langet sarğısı qoyulub və ona iki həftə ərzində ayağını hərəkətsiz saxlamaq tövsiyə edilib.