
Azərbaycan Premyer Liqasında bombardirlər yarışında rəqabət artır. Sportnet.az-ın məlumatına görə, "Neftçi”nin hücumçusu Ruslan Qurbanov 2-ci pillədə olan "Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanaya çatıb. Bununla da millimizin üzvü ən sərrast yerli oyunçu olaraq qalır.
Qurbanov "Xəzər Lənkəran”la oyunlarda öz sözünü deyərək prinsipial rəqibinin qəniminə çevrildi. Təsadüfi deyil ki, ölkə kubokunda da 6 oyundan yarısında hücumçu qol vura bilib. Bunlardan 2-si çempionatda, 1-i kubokda olub. Özü də Qurbanov 3 qoldan 2-nə Lənkəranda imza atıb.