1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Qasımov: "Tsxadadze ilə Antalyada görüşdük"
"Kaxaber Tsxadadze özünün və oğlunun xidmətini mənə təklif etməyib". Sportnet.az xəbər verir ki, bu sözləri "İnter"in prezidenti Rəşad Qasımov "Xəzər TV"də efirə gedən "Futbol saatı" verilişinə açıqlamasında deyb.
Onun sözlərinə görə, komandanın sabiq baş məşqçisi Kaxaber Tsxadadze və oğlu, hücumçu Başana Tsxadadzenin "bankirlər"ə qayıdışı gündəmdə deyil: "Tsxadadze Gürcüstan millisindən ayrıldıqdan sonra nə özü, nə də oğlunun qayıdışı ilə bağlı bizə müraciət edib. Bizim onunla görüşümüz yanvarda Antalyada təlim-məşq toplanışınımızda olmuşdu. Onda Almaniyanın "Verder" klubu ilə yoxlama matçımız vardı. Kaxaber Tsxadadze oyunumuza gəlib bizimlə görüşdü. Ancaq həmin vaxt da "İnter"ə qayıtması ilə bağlı söhbətimiz olmadı".
Qeyd edək ki, Kaxaber Tsxadadze 2009 - 2015-ci illərdə "İnter"in baş məşqçisi olub və bu müddətin çoxunda oğlu rəhbərliyi altında oynayıb.