1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Atletik"lə oyuna mən getmişdim"
"İnter" ötən yay Avropa Liqasında "Atletik"lə görüşən zamanı mən komandada idim. Onda Bilbaoya ilk oyuna da yolanmışdım. Həmin vaxt klubun prezidenti Georgi Nikolov məlum səbəblərdən səfərə çıxa bilmirdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "İnter"in prezidenti Rəşad Qasımov "Xəzər TV"də efirə gedən "Futbol saatı" proqramında açıqlamasında deyib.
Onu sözlərinə görə, komandası həmin vaxt İspaniya təmsilçisi illə matçlarda yaxşı təsir bağışlamışdı: "Klubu mən təmsil edirdim. Həmin vaxt "Atletik"in prezidenti ilə birgə oyunu izləyirdim. Komandası 2:0 hesabı ilə irəlidə olsa da, onu bu nəticə məni qane etmirdi, hətta bundan narazılığını ifadə edirdi".
Nikolovun hələ də Bakıda olduğunu deyən Qasımov bolqarıstanlı sələfi ilə bu yaxınlarda Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət üçün görüşdüyünü də açıqlayıb.
Qeyd edək ki, "İnter" "Atletik"lə Bakıdakı oyunda qolsuz bərabərliyə qalıb və iki matçın yekununda mübarizəni III təsnifat mərhələsində dayandırıb.