Azərbaycan Premyer Liqasının XXXI turunda "Rəvan"la səfərdə oyununda zədələnərək meydançanı tərk edən AZAL-ın futbolçusu Kamal Mirzəyevin durumuna aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, həkim müayinəsindən keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək.
Sağ ayağanın pəncə sümüyündə çat aşkar olundugu üçün Mirzəyevin ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.









                 





    
    
    
    
    
    
    

























































