
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyun günündə 3 qarşılaşma keçirilib.
İlk iki qarşılaşma eyni hesabla nəticələnib. "İnter" "Sumqayıt"la ev, "Neftçi" "Qəbələ" ilə səfər matçında məğlubiyyətdən qurtulub - 2:2. Bu nəticələrdən sonra "Qəbələ" və "İnter" hərəyə 50 xalla 4-5-ci yerləri bölüşdürür. 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Sumqayıt" isə 7-ci pillədəki "Neftçi"dən 10 xal geri qalır.
Turun son oyunu isə çempionu müəyyənləşdirib. "Qarabağ" səfərdə AZAL-ı 2:0 hesabı ilə yenərək, ardıcıl 3-cü mövsüm qızıl medalları təmin edib. 60 xalla 2-ci pillədə qalan "Zirə" sona 4 tur qalmış ən yaxın izləyicisi "Kəpəz"i 8 xal üstələyir.
"İnter" – "Sumqayıt" - 2:2
Qollar: Mirsahib Abbasov, 11. Nika Kvekveskiri, 90+3 - Vaqif Cavadov, 6. Amil Yunanov, 18
Qırmızı vərəqə: Kamran Ağayev, 27 ("İnter")
Vurulmayan penaltilər: Nika Kvekveskiri, 90+3 - Vaqif Cavadov, 72 ("Sumqayıt")
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "İnter Arena"
"Qəbələ" – "Neftçi" - 2:2
Qollar: Aleksey Qay, 21-penalti ilə. Rəşad Sadiqov, 50 - Ruslan Qurbanov, 34. Elşən Abdullayev, 64
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ. Qəbələ şəhər stadionu (CBC Sport)
"Zirə" – "Qarabağ" - 0:2
Qollar: Dani Kintana, 28, Reynaldo Silva, 74
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. Zirə İdman Kompleksinin stadionu (CBC Sport)
Qeyd edək ki, turun ilk oyun günündə keçirilmiş iki görüşdə meydan sahibləri qələbə qazanıb. "Kəpəz" "Rəvan"ı 3:2, AZAL isə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.