1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter Arena"da ŞOK! Rauf Əliyevin dili qatlandı, meydana təcili yardım maşını girdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun "İnter" - "Sumqayıt" matçının uzatma dəqiqələrində xoşagəlməz olay baş verib. Sportnet.az-ın məlumatına görə, top uğrunda mübarizə zamanı qonaq komandanın futbolçusu topa zərbə endirmək istərkən, təpiyi meydan sahiblərinin hücumçusu Rauf Əliyevin sifətinə tuş gəlib.
Zərbə o qədər güclü olub ki, "İnter Arena"da təcili yardım maşını birbaşa meydana daxil olub. Həkimlər dili qatlanan təcrübəli hücumçunu ayıltmağa müvəffəq olublar. Əliyev maşına mindirildikdən sonra xəstəxanaya göndərilib.
Baş hakim Ömər Paşayev isə "Sumqayıt"ın qapısına penalti təyin edib. Nika Kvekveskirinin ilk zərbəsini Səlahət Ağayev qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu qol sayəsində "İnter" məğlubiyyətdən xilas olub - 2:2.