
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXXII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Kəpəz" - "Rəvan" matçı aprelin 29-da yox, bu gün keçirilib.
Gəncədə əsas komandaların görüşündə meydan sahibləri qələbəni bayram etmişdisə, bu dəfə qonaqlar meydanı qalib tərk ediblər. "Kəpəz"in əvəzediciləri turnir cədvəlində 4-cü, "Rəvan" isə 8-ci yerdə gedir.
1 may
"Kəpəz” - "Rəvan” - 1:2
Şöhrət Quliyev, 4 - Xanlar Teymurov, 45 (p.); Məhərrəm Hüseynov, 90+2 (ö.q)