
Azərbaycan Premyer Liqasın bombardiri Nelson Bonilya lider "Qarabağ"a qol vura bilməyib. Sportnet.az-ın məlumatına görə, "Zirə"nin hesabınad 14 qol olan salvadorlu hücumçusu Ağdam təmsilçisi ilə hazırda davam edən matçın ikinci hissəsində əvəzlənib.
Meydan sahibləri hesabda geridə olsalar da, baş məşqçi Adil Şükürov gözlənilmədən bombardiri meydandan çıxarıb. Bununla da Bonilya "Qarabağ"la çempionatda keçirdiyi 4 oyunun heç birində onun qapısına yol tapa bilməyib.
Qeyd edək ki, "Zirə" ağdamlılarla əvvəlki oyunlarda səfərdə 1:4 və 0:2 hesabları ilə uduzub, evdə qolsuz bərabərlik edib. "Qarabağ"a qol vuran yeganə futbolçusu isə hələ ki monteneqrolu yarımmüdafiəçisi İqor İvanoviçdur.