"Mənim üçün çətin mövsüm oldu. Amma hər halda çempionluğu vaxtından əvvəl əldə etdiyimiz üçün sevinirik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Zirə"ni məğlub edərək, çempion olduqları Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra deyib.
O bildirib ki, hazırda istirahət barədə düşünmürlər: "Mübarizəmizi sonadək aparır, heç vaxt arxayın olmurduq. Çempion olsaq da, mövsüm hələ də davam edir. İstirahətə vaxtımız yoxdur, çünki qarşıda kubok oyunu var. Bəzən belə praktika olur ki, çempion olduqdan sonra bəzi futbolçulara istirahət verilir. Lakin hazırda istirahətə vaxtımız yoxdur. Futbolu qurtaraq, sonra istirahət edərik".