AFFA İntizam Komitəsi "İnter"in və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevi cəzalandırıb. Sportnet.az xəbər verir ki, buna Ağayevin "Sumqayıt”la ev matçında qırmızı vərəqə alması səbəb olub.
O, 27-ci dəqiqədə sonuncu ümid foluna görə göstərilmiş birbaşa qırmızı vərəqə səbəbindən 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
90+1-ci dəqiqədə "Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb.
"Zirə” ilə qarşılaşma başa çatdıqdan sonra isə "Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün Ağdam klubu 1000 manat ziyana düşüb.