
"Qəbələ”nin həbsdə olan futbolçusu Cavid Hüseynov jurnalistlərə müraciət edib. Sportnet.az-ın məlumatına görə, futbolçu anası vasitəsi ilə etdiyi müraciətdə 10 aydır günahsız yerə azadlıqdan məhrum olunduğunu yazıb.
"Mən qatil deyiləm, futbolçuyam. Məni olduğum kimi qəbul edin. Bütün jurnalistlərə mayın 11-də keçiriləcək məhkəmə prosesinə dəvət edirəm. Həmin gün mən ifadə verəcəm. Xahiş edirəm, həqiqəti yazın”.
Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.
Mənbə: Qol.az