1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ermin Zets: Həm özünün, həm də "Qəbələ"nin siftəsi
"Qəbələ"nin legioneri Ermin Zets Azərbaycanda ilk dublunu edib. Sportnet.az-ın məlumatına görə, Bosniya və Herseqovina milli komandasının da üzvü olan hücumçu bunu "Zirə" ilə Premyer Liqa matçında reallaşdırıb. "Qırmızı-qaralar"ın 3:0 hesablı qələbəsində Zets vurduğu 2 qolla böyük rol oynayıb.
Bununla da Ermin ölkə kubokunu da nəzərə alsaq, ardıcıl 2-ci oyundur meydanı qolsuz tərk etmir. Ancaq çempionatı nəzərə alsaq, hücumçu 3 aylıq fasilədən sonra öz sözünü deyib. "Qəbələ"nin "Zirə" ilə ölkə kubokunda 6-cı görüşdüyünü nəzərə alsaq, Zets bu rəqiblə yalnız son matçda qapısına yol tapa bilib.
Zetsin hesabında Premyer Liqada artıq 7 qol var. O, ukraynalı komanda yoldaşı Aleksey Antonova çatıb. Azərbaycan kubokunu da nəzərə alsaq, Ermin 9 dəfə fərqlənib. "Qəbələ"nin cari mövsümdə bombardiri isə Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi ümumilikdə 13 qol vurub. Bunlardan 9-cu Premyer Liqada, 4-ü ölkə kubokundadır.
Qeyd edək ki, cari mövsümdə Zetsədək "Qəbələ"də dubl edən Qayla argentinalı sabiq futbolçusu Fakundo Perreyra olub. Aleksey bunu "Zirə" ilə kubok matçında (5:1), Pereyra "Xəzər Lənkəran" ilə Premyer Liqa oyununda (6:0) reallaşdırıb. Bunların hər ikisinin Qəbələdə olduğunu nəzərə alsaq, Ermin səfərdə ilk dubl müəllifi olub.
"Qəbələ"nin 2015/16 mövsümündə ilk dublu isə Avropa Liqasında olub. Bu, II təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubunu 2:0 hesabı ilə məğlub etdiyi cavab matçı idi. Estoniyalı hücumçu Sergey Zenyov "Bakcell Arena"da keçirilən həmin matçda 2 qol vurub.