"Kamran Ağayevlə bağlı yazılanları bu gün heç aydınlaşdırmamışıq. Çünki bütün diqqəti oyuna yönəltmişdik". Bunu Sportnet.az-a açıqlamasında "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Gürcüstanlı mütəxəssis "Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının XXXIV tur oyunu öncəsi şəxsi obyektində qadın müştərini döydüyü bildirilən komandanın qapıçı barədə tədbir görüləcəyini istisna etməyib: "Kamran bugünkü oyunda cəzalı olduğu üçün yox idi. O, komandanın ötən günkü məşqindən sonra konserti izlədi və getdi. Məsələni araşdıracağıq və günahı varsa, klubumuz onun haqda ölçü götürəcək. Sonra da mətbuata rəsmi məlumat verəcəyik".