"Qarabağ"ın futbolçusu Riçard Almeyda "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXXIV tur matçını vaxtından əvvəl tərk etməli olub. Sportnet.az-ın məlumatına görə, 65-ci dəqiqədə qonaq komandanın cərimə meydanında yerə yıxılan futbolçu ayağında ağrılar hiss edib.
Bu səbəbdən, o, məşqçilər heyətindən əvəzlənməsini istəyib. Baş məşqçi Qurban Qurbanov onu Əfran İsmayılovla əvəzləyib.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 2:0.