1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bonilya susur, Kintana ona çatır
Azərbaycan Premyer Liqasında bombardirlər yarışında yenidən ikihakimiyyətlilik yaranıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana qış fasiləsindən sonra 2-ci dəfə Nelson Bonilya ilə qol sayını bərabərləşdirib. Artıq Dani da "Zirə"nin salvadorlu hücumçusu 14 dəfə rəqib qapısına yol tapıb. O, buna bu gün "Qəbələ" ilə ev matçında etdiyi dublla nail olub.
İlk dəfə dubl edən Kintana Bonilyanın qol sunqunluğundan maksimum istifadə edib. Belə ki, Nelson son 4 turda fərqlənə bilməyib. "Zirə" də bombardiri qol vura bilməyəndə qalib gəlmir. Dani isə "Qarabağ" çempionatda ardıcıl 11-ci qələbəsini qazanmasına öz töhfəsini verib.
Şərikli liderlərin ən yaxın izləyicisi olan yerli futbolçular da bu turda fərqləniblər. Belə ki, "Neftçi"nin hücumçusu Ruslan Qurbanov hesabına 12-ci, "Sumqayıt"dakı həmkarı Amil Yunanov 10-cu qolunu yazıb. "Kəpəz"in kamerunlu bombardiir Julien Ebah isə artıq 8 qola imza atmaqal 9 dəfə fərqlənən braziliyalı Riçard Almeyda ("Qarabağ") ilə Aleksey Qayla ("Qəbələ") fərqi minimuma endirib.