1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"ni Gəncədə məşhur tunelə buraxmadılar - VİDEO
"Neftçi" klubunun futbolçuları Azərbaycan Premyer Liqasının XXXIV tur matçında Gəncədə "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdikdən sonra uzun müddət meydanı tərk edə bilməyib. Sportnet.az-ın məlumatına görə, komanda üzvləri 20 dəqiqə gözlədikdən sonra paltardəyişmə otağına aparan tunelə daxil ola bilib.
Buna oyundan sonra azarkeşlərin tribunaları tərk etməməsi səbəb olub. "Kəpəz" fanatları sevimli komandalarının Avropa Liqasına vəsiqə qazanmalarını qeyd edib. "Neftçi"nin futbolçuları isə Gəncə şəhər stadionunun tunelinə düşməyə ehtiyatlanıb.
Bundan başqa azarkeşlər meydana kənar əşyalar atıblar. Fanatlar bunu "Kəpəz"in məğlubiyyətinə etiraz əlaməti kimi etdiklərini bildirirlər. Onların arasında hətta sevimli komandalarının qəsdən uduzdurulduğunu iddia edənlər də olub. "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin fasilədən sonra Juninyonu meydandan çıxarması və ikinci hissədə hesabı qorumaq üçün ciddi tədbir görməməsi də yerli azarkeşlərdə şübhələr yaradıb.
"Neftçi" meydanı yalnız polis müdaxiləsindən sonra tərk edib.
Qeyd edək ki, ilk yarıda "Kəpəz" 1:0 hesabı ilə öndə olsa da, fasilədən sonra "Neftçi" 2 qol vuraraq, qələbə qazanıb. Qələbə topu 80-ci dəqiqədə penaltidən vurulub.