1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in qapıçısı: "Ən böyük hədiyyəmi Lənkəranda almışam"
"Diqqətinizə və təbrikinizə görə sağ olun. Ad günüm üçün əsl hədiyyəni komanda mənə Lənkəran səfərində etmişdi. Avropa Liqasına vəsiqə qazanmağımızı nəzərdə tuturam. Avroliqaya çıxmağımız futbolçu üçün elə ən böyük hədiyyədir. İnşallah, çempionatda üçüncü yeri tutarıq və bu da ikinci hədiyyə olar". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in qapıçısı Eyyub Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Bu gün 21 yaşını qeyd edən qolkiper komandasının durumundan danışıb: "Bu klubda olmaq ürəyimcədir. Mehriban kollektivimiz, gözəl azarkeşlərimiz var. Hər bir futbolçunun arzusu meydanda oynamaqla komandasına kömək etməkdir. Amma oyuna çıxmaqla bağlı qərarı məşqçi verir və mən də onun istəyinə hörmətlə yanaşıram. Şans versə də, verməsə də sağ olsun. İndi əsas olan "Kəpəz”in uğurlarıdır. Hamımızın istəyi budur. İndi yaşım azdır, hələ gəncəm. Karyeram, oyunlarım irəlidədir. Amma futbolda yaş elə də önəm daşımır. Futbolçu gərək özünü oynamağa, mübarizə aparmağa hazır saysın. Özümə güvənirəm. Yaşa dolduqca, oynadıqca təcrübəmi artırmağa çalışıram”.