1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA-da ilk dəfə qadın baş katib
FİFA-nın baş katibi vəzifəsi tarixdə ilk dəfə qadın funksionerə həvalə olunub. Sportnet.az-ın məlumatına görə, bu, Seneqaldan olan Fatma Samba Diuf Samuradır.
Ali futbol qurumunun prezidenti Canni İnfantino bildirib ki, Samura yeni hazırlanan strategiyanın tanıdılması ilə məşğul olacaq: "Fatma bu rol üçün ən münasib namizəddir. O, bir udumluq təmiz hava olacaq. Bu insan keçmişdən yox, gələcəkdəndir. Biz cinslərin bərabərliyinə inanırıq".
Samura BMT-nin 21 ildir davam edən inkişaf proqramının Nigeriyadakı daimi nümayəndəsidir. O, FİFA Nizamnaməsinə əsasən, iyunun ortalarınadək sınaq dövrü keçəcək.
Qeyd edək ki, son zamanlar FİFA-da baş katib səlahiyyətlərini Markus Kattner yerinə yetirib. Fatma Samura isə rüşvət qalmaqalı ilə əlaqədar futboldan kənarlaşdırılmış Jerom Valkeni əvəzləyib.