Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsinin ilk iki oyunu "Dalğa Arena"da olub.
Günün ilk qarşılaşmasında Azərbaycan millisinin yer aldığı A qrupunun lideri olaraq 1/4 finala vəsiqə qazanan Portuqaliya B qrupunun ikincisi olmuş Avstriyanı sınağa çəkib. Oyun portuqaliyalıların böyük hesablı qələbəsi ilə nəticələnib - 5:0.
İkinci yarımfinalçı isə B qrupunun qalibi Almaniya və A qrupunda ikinci olmuş Belçika yığması arasında keçiriləcək matçın qalibi olub. Almanları yarımfinala həmyerlimiz Renat Dadaşovun vurduğu yeganə qol qazandırıb.
U-17 Avropa çempionatı, 1/4 final
Portuqaliya – Avstriya - 5:0
Qollar: Joze Qomeş, 7 (P), 18, 47. Mesake Dju, 51. Migel Luiş, 77
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)
Dördüncü hakim: Peter Kraloviç (Slovakiya)
UEFA nümayəndəsi: Lüdoviko Mikallef (Malta)
Hakim-isnpektor: Vladimir Antonov (Moldova)
"Dalğa Arena"
Almaniya – Belçika - 1:0
Qol: Renat Dadaşov, 46
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)
Hakim-isnpektor: Nikolay Levnikov (Rusiya)
"Dalğa Arena"
Qeyd edək ki, digər iki yarımfinalçı mayın 15-də keçiriləcək İsveç - Hollandiya, İspaniya - İngiltərə oyunundan sonra müəyyənləşəcək.