Sabah Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, çempionatın əsasnaməsi ilə son 2 turun matçları nəinki eyni gündə, eyni saatda olacaq.
Məhz sona 1 tur qalmış çempionatın qalan 2 mükafatçısı müəyyənləşə bilər. Bu, ilk növbədə "Zirə"yə aiddir. Premyer Liqada debüt mövsümünü keçirən Adil Şükürovun yetirmələri gümüş medalın bir addımlığındadır. Debütanta tarixi uğurunu rəsmiləşdirmək qalır ki, bunun elə qarşıdakı turda reallaşacağı gözlənilir. "Zirə" "Kəpəz"lə ev oyununda 3 xal qazanrsa, həm 4 oyunluq qələbə həsrətinə son qoyacaq, həm də ən əsası, gümüş medallara qovuşacaq. Əsas məsələ odur ki, hər şey komandanın öz əlindədir və ən yaxın izləyicisi "İnter"i 5 xal qabaqlayır. Göründüyü kimi, zirəlilər rəqibin nəticəsindən asılı deyil və qələbə sayəsində qarşıya qoyduğu məqsədə özü çatacaq.
Ancaq "Zirə" qalib gəlməsə, hətta məğlub olsa belə, 2-ci yerin sahibi olması mümkündür. Bunun üçün "İnter"in "Neftçi" ilə səfər matçında xal itirməsi lazımdır ki, bunun da baş verməsi gözləniləndir. "Bankirlər"in bürünc mükafatçı olmaları da məhz bu turda gerçəkləşə bilər. Təbii ki, bunun üçün ilk növbvədə Zaur Svanadzenin yetirmələri özü qalib gəlməlidir. "İnter"in ən yaxın izləyiciləri olan "Kəpəz" Zirədə, "Qəbələ" isə AZAL-la ev oyununda xal itirərsə, "İnter" 3-cü pilləni tutması dəqiqləşəcək. "Bankirlər" "Kəpəz"dən şəxsi oyunlarda üstündür ki, bu da xallar eyni olanda işinə yarayacaq. "Qəbələ" isə "İnter"dən şəxsi oyunlarda üstün olsa da, Gəncə təmsilçisindən fərqli rəqibindən 1 yox, 3 xal geri qalır.
Xatırladaq ki, "Qarabağ"ın ardıcıl 3-cü il qızıl nedalçı olması hələ 32-ci turda rəsmiləşib.
15 may (bazar)
"Rəvan” – "Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
"Bayıl Arena”
"Xəzər Lənkəran” – "Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Gülağa Cabarov
"Xəzər Lənkəran” mərkəzi stadionu
"Neftçi” – "İnter”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Əlincə Arena”
"Zirə” – "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu (CBC Sport, canlı)
"Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
Qeyd: Turun bütün görüşləri saat 18:00-da başlanacaq.