"Belçika ilə oyunda qol vurduğum üçün çox şadam. Bu qol komandamız üçün mühüm əhəmiyyət kəsb edirdi. Artıq yarımfinaldayıq”. Sportnet.az-ın məlumatına görə, bunu Almaniyanın U-17 yığmasının hücumçusu Renat Dadaşov deyib.
Əslən Azərbaycandan olan gənc forvard Bakıda keçirilən Avropa çempionatında çıxış etməkdən məmnun olduğunu vurğulayıb: "Bakıda oynamaqdan məmnunam. Azərbaycan valideynlərimin vətənidir. Almaniya yığmasının heyətində forma geyirəm. Avropa çempionatının iştirakçısı olmaq gözəl hissdir. Eləcə də qardaşım Azərbaycan yığmasının üzvüdür”.
"Qardaşından fərqli olaraq, Azərbaycanın deyil, Almaniya millisini seçməyinə səbəb nədir” sualını Dadaşov belə cavablandırıb: "Qardaşım Azərbaycanda doğulub. Ona görə də o, Azərbaycanı seçib. Amma mən Almaniyada doğulmuşam, ona görə də bu ölkənin yığmasını seçmişəm”.
Qeyd edək ki, Almaniya millisi Renat Dadaşovun 46-cı dəqiqə vurduğu qol sayəsində Belçikanı 1:0 hesabı ilə yenərək, yarımfinala yüksəlib (futbolxeber.az).
Germany U17 1-0 Belgium U17 HD All Goals & Full... by fantasticfootball