
Azərbaycan Premyer Liqasında cari mövsümün ikinci mükafatçısı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, debütant "Zirə" olub.
Adil Şükürovun yetirmələrinin "Kəpəz"lə bugünkü oyunda etdiyi 2:2 hesablı heç-heçə çempionatı 2-ci yerdıə bitirmələrini rəsmiləşdirib. Həmin bərabərlik qolunun müəllifi 90+1-ci dəqiqədə yarımmüdafiəçi Nicat Qurbanov olub.
62 xalı olan "Zirə"nin ən yaxın izləyiciləri olan 3 komandanın - "Kəpəz", "İnter" və "Qəbələ"nin 56 xalı var. Göründüyü kimi, 6 xallıq fərqi sona 1 tur qalmış aradan qaldırmaq mümkün deyil. Bu komandalar son turda bürünc medalçını müəyyənləşdirəcək. "Kəpəz"lə "Qəbələ" Gəncədə görüşəcəklər.
Qeyd edək ki, qıızl medal 32-ci turda "Qarabağ"a nəsib olub.