1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Oyundan və nəticədən razı deyiləm"
"Qaarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqada "Rəvan"la oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.-azın oyunda olan əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq 1:2 hesabı ilə uduzduqları matç haqda fikirlərini bildirib.
- Əlbəttə, məğlub olmaq istəmirdik. "Rəvan"ı təbrik edirəm və uğurlar arzulayıram. Xeyli qol epizodlarımız oldu. Futbolçularımız ciddi yanaşmaması üzündən oyunu xeyrimizə dəyişə bilmədik. Az oynayan futbolçuların səviyyələri yaxşı deyildi, oyun təcrübələri çatmırdı. Oyundan və nəticədən razı deyiləm.
- Növbəti oyunda AZAL-la matçda heyətdə belə böyük dəyişikliklər gözlənilir?
- Hələ açıqlaya bilmirəm. Həmin matça hazırlıq proramımız olacaq. Heyətdə Çox da dəyişiklik olmayacaq.
- Eltun Yaqublunun qırmızı vərəqə aldığı epizoda baxdınız, yoxsa?
- Hələ yox. Həmin mövqe adətən aldadıcı olur. Özü də qapı xəttinin üzərində. Bəlkə də başqa yerdə olsaydı, qırmızı vərəqə verməzdi. Qərara normal yanaşıram.