1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bombardirlər yarışında sıxlıq və yerli futbolçuların hegemonluğu
Azərbaycan Premyer Liqasında bombardirlər yarışında liderlər qrupunda sıxlıq yaranıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin hücumçusu Ruslan Qurbanov 14 qolla şərikli liderlər olan legionerlərə - "Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilya ilə "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanaya lap yaxınlaşıb. Milli komandamızın üzvünü son tur öncəsi onlardan cəmi 1 qol ayırır.
Son 2 turda meydanı qolsuz tərk etməyən Qurbanov bu dəfə "İnter"lə ev oyununda fərqlənib. "Neftçi"ni son turda iddiasız "Sumqayət"la matç göğzləyir ki, Ruslan keçmiş komandasına çox qol vurmaqla çempionatın bombardiri ola bilər. Bonilyanı son turda "İnter"lə səfər, Kintana isə AZAL-la ev oyunu gözləyir. Bombardirlərin rəqiblərindən biri bürünc, digəri Avropa Liqasına düşmək uğrunda mübarizə aparır.
"Sumqayıt"ın gənc hücumçusu Anil Yunanov da bu turda fərlqənib və 11 qolla 4-cü yerdədir. Bombardirlər sıralamasında 5-ci isə AZAL-ın qapısına yol tapan "Qəbələ"nin ukraynalı yarımümdafiəçisi Aleksey Qaydır.
Ümumiyyətlə, bu tur qış fasiləsindən sonra ən məhsuldarlardan biri olub. Belə ki, komandalar qapılardan 18 top keçiriblər. Özü də yerli futbolçuların fəallığı diqqət çəkib. Təsadüfi deyil ki, 18 qoldan cəmi 2-ni legionerlər vurublar. Bunlar Qayla yanaşı, "Neftçi"nin braziliyalı müdafiəçisi Aylton Silva olub. Turda hər 3 penaltini yerli futbolçular dəqiq yerinə yetiriblər. Bunlar Ramazan Abbasov ("Rəvan"), Əfran İsmayılov ("Qarabağ) və Tural Qürbətov ("Xəzər Lənkəran") olublar. Turda yeganə dublun müəllifi "İnter"in gənc hücumçusu Mirsahib Abbasovdur.