1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Benfika" da "Qarabağ" kimi...
Portuqaliya çempionatında 2015/2016 mövsümünün qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Benfika" bütün rəqiblərini qabaqlayaraq qızıl medallara sahib çıxıb.
Komanda 88 xalla ən yaxın izləyicisi "Sportinq"i iki xal geridə qoyub. Bürünc medallara isə 73 xalla "Portu" sahib çıxıb.
Bununla da Portuqaliyanı avrokuboklarda təmsil edəcək komandalar müəyyənləşib. "Benfika" və "Sportinq" Çempionlar Liqasının qrup, "Portu" isə təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Avropa Liqasının qrup mərhələsində 4-cü pillənin sahibi "Braqa" çıxış edəcək. "Aroka" və "Rio Ave" isə Avroliqanın təsnifat mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, bu, "Benfika"nın "Qarabağ" kimi ardıcıl 3-cü ölkə çempionluğu olub.