1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan azarkeş cəzası
AFFA-nın İntizam Komitəsi "Kəpəz", "Neftçi", AZAL və "Zirə" klublarını cərimələyib. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın XXXIV turunda "Kəpəz” – "Neftçi” matçının 90-cı dəqiqəsində gəncəlilərin heyətində Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Bundan əlavə oyunun 49, 80, və 90-cı dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. AZAL – "Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ziyana düşüb.
Həmin turda keçirilmiş "Neftçi” – "İnter” matçının 73-cü dəqiqəsində "ağ-qaralar"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib və bu səbəbdən klub 1000 manat ödəməli olacaq.
XXXV turun "Zirə” – "Kəpəz” matçında meydan sahiblərinin 6 futbolçusu, "Rəvan” – "Qarabağ” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimələnib.
Oyunun 25-ci dəqiqəsində "Qarabağ”ın futbolçusu Eltun Yaqublu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.