1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Klubdan verilən dərmanları zibil qutusuna atırdım" - VİDEO
"MYVİDEO” TV-də Avropa futbolundan bəhs edən "Futbol Dalğası” verilişinin növbəti buraxılışı canlı yayımda efirə gedib. Araz Əhmədovun aparıcı olduğu proqramda Sportnet.az-ın redaktoru Mehman Süleymanov ekspert kimi çıxış edir.
Verilişin budəfəki qonaqları qismində "Zirə” klubunun U-19 komandasının baş məşqçisi Füzuli Məmmədovla Azərbaycan millisinin və Türkiyənin "Dənizlispor” klubunun sabiq futbolçusu Arif İsayev iştirak ediblər. Avropa futbolu ilə bağlı maraqlı məqamlara toxunulan verilişdə əsas müzakirə "Beşiktaş”ın uzun fasilədən sonra Türkiyə Super Liqasının çempionu olması ətrafında gedib. Türkiyədə legioner həyatı yaşamış İsayev "Qara Qartallar”ın qazandığı çempionluğu şərh edib. Verilişdə "Barselona”nın İspaniya Primerosundakı qalibiyyəti, dopinq və digər məsələlərə də toxunulub.
Qeyd edək ki, "Futbol dalğası” hər həftənin bazar ertəsi saat 18:00-da "MYVİDEO” TV-də canlı olaraq efirə gedir.