1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vadim Vasilyevin bəyəndiyi azərbaycanlı hücumçu
"Ruslan Qurbanov ilk dəfə gələndə onun oyununa mən baxdım. Yaxşı futbolçudur. İndi də yaxşı və ya pis oynamasından asılı olmayaraq, Premyer Liqada 13 qol vurub". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq futbolçusu Vadim Vasilyev deyib.
Uzun müddətdir ictimaiyyətin gözündə uzaq olan V.Vasilyev qızlar komandasının baş məşqçisi olduğunu bildirib: "Hazırda 19 yaşadək qızlardan ibarət "Fidan" komandasında çalışıram. Komandam ikinci yerdədir. Hələ ki, heç nə pis deyil. Amma qızlarla işləmək mənlik deyil. Oğlan komandaları ilə bağlı təklif olsa, hazıram. Özümü bu işə tam hazır sayıram".
Sabiq hücumçu 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatından da söz açıb: "Mən Portuqaliyanı izləyirəm. Demişəm ki, bu komanda çempion olacaq. Bu çempionat Azərbaycan futboluna çox şey qazandıracaq. Görmək lazımdır ki, futbol necə oynanılır. Onlar bu yaşında belə oynayırlar, bir neçə ildən sonra əsas komandalarda, əsas çempionatlarda oynayacaqlar. Bizdə 20-21 yaşlı futbolçuya gənc deyirlər. Ancaq xaricdə bu yaşda futbolçular artıq əsas çempionatda komandalarda çıxış edirlər. Bizim gənc futbolçulardan Amil Yunanovu bəyənirəm. O futbolçu ərazini görür və yaxşı bacarığı var".
Qeyd edək ki, Vadim Vasilyev vaxtilə Azərbaycan millisinin və bir çox klublarımızın hücumçusu olub.