1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ebah rekorddan məhrum oldu
"Kəpəz"in hücumçusu Julien Ebah debüt mövsümünü keçirdiyi Azərbaycan Premyer Liqsında rekordçu olma şansını əldən verib. Sportnet.az-ın məlumatına görə, səbəb kamerunlu futbolçunun Azərbaycan Premyer Liqasının XXXV turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri səfər matçında fərqlənə bilməməsidir.
Ebah həmin oyunda da rəqib qapısına yol tapsaydı, ardıcıl 5-ci oyunda meydanı qolsuz tərk etməyəcəkdi. Bu isə cari çempionatımız üçün mütləq rekord olacaqdı. Ancaq bu, heç bir futbolçuya bu nəsib olmayacaq. Çünki sona 1 tur qalıb və hazırda ardıcıl 4 oyunda fərqlənən futbolçu yoxdur.
Julienin planlarını isə zədə pozub. Legioner məhz bu səbəbdən Zirədəki oyunun artıq 36-cı dəqiqəsində əvəzlənməli olub. "Kəpəz"in 8 qolla bombardiri olan Ebah XXXI - XXXIV turlarda 4 dəfə fərqlənib. Çempionat üçün rekord göstərici olan 4 oyunluq qol seriyasına ilk olaraq Ruslan Qurbanov imza atıb. "Neftçi"nin hücumçusu IX - XII turlarda 4 oyuna 5 qol vurub. Qış fasiləsinə az qalmış digər gənc hücumçu - Amil Yunanov səhnəyə çıxıb. "Sumqayıt"lın bombardiri XV - XVIII turlarda 6 dəfə fərqlənib. Bu, 4 oyunluq qol seriyasında ən məhsuldar göstərici olub.
Bombardirlər siyahısına başçılıq edən "Zirə"nin legioneri Nelson Bonilya da Ruslan Qurbanov kimi 4 oyunda 5 qola imza atıb. Bu, XX - XXIII turlarda olub.