Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışı "Qəbələ" çempion kimi tamamladısa, "Qarabağ" gümüş, "Sumqayıt" bürünc medallara sahib çıxıb.
Çempionatın bombardiri aktivində 21 qol olan "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev olub.
Son turda ən qollu oyun "Rəvan" - "Xəzər Lənkəran" oyununda qeydə alınıb. Meydan sahibləri qonaqların 4 qoluna cavab olaraq rəqib qapısından 9 top keçirib.
"Rəvan" - "Xəzər Lənkəran" - 9:4
Qollar: Xanlar Teymurov, 18; 32; 55. Turan Babayev, 27. Əlibəy Məmmədli, 45+1; 51. Əkbər Əhmədov, 60. Nəsirulla Süleymanov, 85. Əziz Hüseynov, 90 - Milad Bayramov, 17. Kamran Abdullazadə, 28. Xaqani Sadıqov, 44; 58
"Sumqayıt" - "Neftçi" - 1:2
Qollar: Samir İbrahimov, 7 - Sənan Əbilov, 71. Pilağa Mehdiyev, 74.
"Kəpəz" - "Qəbələ" - 1:3
Qollar: Ülvi Cəlilov, 81 - Ülvi İsgəndərov, 32. Fərid Nəbiyev, 61. Ülvi İbazadə, 80
"İnter" - "Zirə" - 1:3
Qollar: Camal Camalov, 55 - İlkin Muradov, 21. Tapdıq Əhmədov, 45+1; 77
"Qarabağ" - AZAL - 2:1
Qollar: Əl Hərbi Əl Jadeyui, 52. Ruslan Hacıyev, 70 - Zeynal Zeynalov, 80 (P)