1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Şükürov: "Gələn il daha yaxşı nəticə qazanmağa çalışacağıq"
"Çempionatımızın mükafatçısı olduğuna görə çox sevinirəm. Hazırda məəyusluğu fikirləşmirəm ki, avrokubokara gedə bilməyəcəyik". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib. Gənc mütəxəssisin sözlərinə görə, Premyer Liqada həm komandasının, həm də özünün baş məşqçi kimi debütündə gümüş medalçı olmaları onlara çempion olmaq mənasında böyük stimul verir: "Əsas odur ki, ilboyu çəkdiyimiz zəhmətin bəhrəsini gördük. Gələn il daha yaxşı nəticə, avrokuboklara vəsiqə qazanmağa çalışacağıq".
Şükürov həm futbolçu, həm də baş məşqçi Premyer Liqanın gümüş medalçı olmasını belə müqayisə edib: "Futbolçu kimi "Kəpəz"də qazandığım duyğular tam başqadır. Baş məşqçi kimi ilk ilində belə səviyədə olmaq doğrudan da qürurvericidir. Bunlar dilə gətiriləsi hisslər deyil".