
Gəncənin "Kəpəz" klubunda müqavilə müddəti başa çatan futbolçular məlum olub. Sportnet.az-ın məlumatına görə, Dario Federikodan başqa bütün futbolçuların klubla olan müqavilə müddəti başa çatıb.
25 yaşlı yarımmüdafiəçi 2016/2017 mövsümünün sonunadək "Kəpəz"in uğurları üçün çalışacaq.
Artıq 3 futbolçunun - Tərlan Quliyev, Xəzər Qəribov və Namiq Ələsgərovun Gəncə klubunu tərk edəcəyi dəqiqləşib. Digər futbolçuların komandada qalıb-qalmayacağına isə tərəflər arasındakı danışıqlardan sonra aydınlıq gələcək.