"Zirə" klubunun futbolçusu Nelson Bonilya Salvador yığmasının heyətində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu komandasını Peru ilə yoldaşlıq matçına kapitan kimi çıxarıb.
ABŞ-da təşkil olunmuş qarşılaşma Perunun qələbəsi ilə yekunlaşıb - 3:1. Salvadorun yeganə qolunu 81-ci dəqiqədə Bonilya vurub.
Qeyd edək ki, bu komanda növbəti yoldaşlıq görüşünü iyunun 1-də Ermənistana qarşı keçirəcək.