"İnter" növbəti transferini reallaşdırıb. Sportnet.az-ın məlumatına görə, "bankirlər" "Rəvan"ın gənc futbolçusu Məmməd Quliyevi heyətinə cəlb edib. Bakı klubu 21 yaşlı yarımmüdafiəçinin keçidini reallaşdırıb.
"Rəvan"la müqaviləsi bitən Məmməd anlaşmanı uzautmaq istəsə də, iddialı klubdan gələn təklfi fikrindən daşındırıb. O, baş məşqçisi Bəhmən Həsənova mesaj yazaraq halallıq istəməyi vacib sayıb.













































































