Azərbaycan milli komandasının Avstriyadakı təlim-məşq toplanışında uduzduğu Makedoniya yığması növbəti yoldaşlıq görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, makedoniyalılar İran yığması ilə Skopyedəki yoxlama matçında 1:3 hesabı ilə uduzub. Məlum olduğu kimi, Balkan təmsilçisi millimizə məhz bu hesabla qalib gəlmişdi.
Makedoniya millisi üzərində qələbədə Sərdar Azmun böyük rol oynayıb. Rusiya "Rostov"unun hücumçusu het-trik edib. Makedoniyalıların yeganə qolunun müəllifi Azərbaycan yığması ilə matçda heyətdə olan Aleksandar Traykovski olub.
Xatırladaq ki, millimizin Avstriya toplanışında ilk rəqibi olan, qolsuz bərabərliyə qaldığı Andorra yığması da sonradan səfərdə uduzub. Bu, Estoniyaya 0:2 hesablı məğlubiyyət olub.