
Azərbaycan milli komandası Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə 1:1 hesablı heç-heçə edib. Sportnet.az-ın məlumatına görə, millimiz xorvatiyalı mütəxəssisin dövründə Kanada yığması ilə iyunun 3-də keçirdiyi oyunadək meydana çıxdığı 10 matçda bu nəticəyə imza atmamışdı. Halbuki, 1:1 futbolda populyar hesablardan sayılır.
Yığmamızın sonuncu 1:1-i hələ almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtına - 3 il öncəyə təsadüf edir. Bu, DÇ-2014-ün seçmə mərhələsində - 2013-cü il oktyabrın 15-də Rusiya yığması ilə "Bakcell Arena"dakı rəsmi oyunda qeydə alınıb. Yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə isə daha öncə olub.
Prosineçkinin dövründəki 11 oyunda ən çox 0:0 hesabı olub - 3 dəfə. 1:3 hesablı məğlubiyyət 2, 0:1, 0:2, 1:4-lik yenilgilər, 2:0 və 2:1 hesablı qələbələr isə hərəyə 1 dəfə qeydə alınıb.