1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: İsveçrə və Uels qalib gəldi, İngiltərəyə son dəqiqə şoku! - YENİLƏNDİ
Avropa çempionatının ikinci günündə 3 qarşılaşma keçirilib. Sportnet.az-ın məlumatına görə, bu gün A və B qruplarının ilk turuna yekun vurulub.
A qrupunda "Qarabağ" klubunun formasını geyinən Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. Albanlar final mərhələsində denütdə məğlubiyyətlə ülzəşiblər. İsveçrəlilər vurduqları erkən qolla 1:0 hesabı ilə qalib gəliblər. Albaniya yığması kapitanı Loris Sana 36-cı dəqiqədə aldığı qırmızı vərəqəyə görə azlıqda qalsa da, yaxşı təsir bağışlayıb, hətta məğlubiyyətdən qaçmaq üçün real şansa malik olub. Ancaq bundan istifadə edə bilməmələri ilk matçda xalsız qalmaları ilə nəticələnib. Aqollu bu oyunda sol cinah müdafiəçisi mövqeyində 90 dəqiqə çıxış edib.
Turnirin ilk gözlənilməz nəticəsi B qrupunda olub. Uels millisi final mərhələsində debütünü qələbə ilə qeyd edib. Bu millinin lideri Qaret Beyl turnirdə ilk qollarının müəllifi kimi tarixə düşüb. Sensasiya isə Marseldə olub. İngiltərə millisi Rusiya yığması ilə aşkar üstün olduğu matçda hesabı açsa da, son saniyələrdə buraxdığı qolla qələbəni əldən verib. Nəticədə bu çempionatda ilk heç-heçə qeydə alınıb və Uels ilk turdan sonra öz qrupunda vahid lider olub.
11 iyun
A qrupu
17:00. Albaniya - İsveçrə - 0:1
Qol: Fabian Şar, 5
Qırmızı vərəqə: Lorik Sana, 36 (Albaniya)
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Pol van Bukel
Ehtiyat köməkçi hakim: Ervin Zeinstra (hər ikisi Hollandiya)
Hakim-inspektor: Bo Karlsson (İsveç)
UEFA nümayəndəsi: Alan Makraydır (Şotlandiya)
Fransa, İsveçrə - 3, Rumıniya, Albaniya - 0.
B qrupu
20:00. Uels - Slovakiya - 2:1
Qollar: Qaret Beyl, 10, Hal Robson-Kanu, 81 - Andrey Duda, 61
Baş hakim: Sveyn Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Aleksey Kulbakov
Ehtiyat köməkçi-hakim: Vitali Malutsin (hər ikisi Belarus)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Svetlana Xrınkeviç (Belarus)
23:00. İngiltərə - Rusiya - 1:1
Qollar: Erik Dayer, 73 - Vasili Berezutski, 90+2
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Tasos Sidiropulos
Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn).
Uels - 3, Rusiya, İngiltərə - 1, Slovakiya - 0.