1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: Berti Foqts: "Almaniya yığması aşkar favoritdir"
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Fransada start götürən AVRO-2016-dan danışıb. Sportnet.az-ın məlumatına görə, 70 yaşlı almaniyalı milli komandasının ilk turda Ukrayna yığması ilə matçda şanslarını dəyərləndirib.
Foqts Bundestimin bu matçda qalib gəlməli olduğunu düşünür: "Almaniya yığması aşkar favorit sayılır. Milli komandamız Ukrayna ilə matçın əvvəlindən öz gücünü nümayiş etdirməlidir. Ukrayna yığması məğlub edilməli olan rəqibdir. O, ilk növbədə ev oyunlarında güclüdür. Ukrayna millisinin səfər matçlarında isə həmişə problemləri olub".
Xatırladaq ki, Almaniya millisi sonuncu dəfə məhz Foqtsun rəhbərliyi altında Avropa çempionu olub. Bu, 20 il öncə İngiltərə keçirilən turnirdə olub. Foqts futbolçu kimi də Avropa çempionluğu (1972) qazanıb.