1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: Qaret Beyl: "Vurduğum qol əla alındı"
Uels milli komandasının futbolçusu Qaret Beyl Avropa çempionatının final mərhələsində debütlərini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, milli komandasının final mərhələsində ilk qolunun müəllifi olan təcrübəli yarımmüdafiəçi Slovakiya ilə Bordodakı matçda sanki doğma meydançada oynadıqlarını bildirib.
Beyl bunun azarkeşlərinin çılğın dəstəyi sayəsində mümkün olduğunu bildirib: "Bu, demək olar ev oyunu idi. Azarkeşlərimiz dünyanın ən yaxşılarıdır. Onlar bizi tam dəstəkləyirdilər. Biz onlara bayram etməyə səbəb verdik".
Futbolçu öz qolu haqda da danışıb: "Vurduğum qol əla alındı. Bu, bizim ölkə üçün tarixi an idi. Əsas odur ki, 3 xalı qazandıq. Hal Robson-Kanu sadəcə, əla idi. Müdafiəçilər ona mane olurdu, ancaq o, qol vura bildi. Hər futbolçu qələbədə rol oynadı. Biz mübarizə aparmağa davam edəcəyik".