1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ceyhun Sultanovun ad gününə 3-cü qız hədiyyəsi
"Budəfəki ad günüm mənim üçün fərqli oldu. Çünki yenidən ata oldum, üçüncü qızım dünyaya gəldi. Bu, mənə həm doğum günü hədiyyəsi oldu, həm də üstümə daha bir ad günü gəldi". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt" klubununun baş meneceri Ceyhun Sultanov deyib.
Bu gün 37 yaşı tamam olan veteran futbolçu eyni zamanda 3-cü dəfə qız atası olub. Nəticədə səbəbkar üçün ikiqat bayram olub. Sultanov valideynlə övladın ad günlərinin eyni gündə olmasını xoş bir təsadüf, əlamatdar hal sayır: "Həyatda belə bir şey görmüşəm. İlk övlad olanda bir az həyəcanlanırdım. İkincidə də belə oldu. Üçüncü qızım olanda isə həyəcan-zad yoxdur. Əsas odur ki, sağ-salamat olub. Mənim üçün övladımın qız, yoxsa oğlan olmasının fərqi olmayıb".
Adətən deyirlər ki, 3 qız atası olanın yeri cənnətlikdir. Bəs Sultanov bu haqda nə düşünür? "Bu, o vaxt müqəddəs sayılar ki, həmin insanın əməlləri düz ola. Ad günümü qeyd etməyə vaxt yoxdur. Həm də orucluqdur. Ola bilər ki, axşam iftar süfrəsində iki qızımla birgə oturum. Gələn il hamımız bir yerdə, kollektiv şəkildə ad gününü keçirərik".
Sultanov 3-cü qızına Ayla adını verəcəklərini bildirib. Əvvəlki qızlarının adları Ceyla ilə Nəcibədir.