"Biz Çexiya ilə oyunda çoxlu qol imkanı yaratdıq. Qol vurmayanda isə səbrimizi qoruyurduq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib. AVRO-2016-ya Çexiya yığması üzərində çətin qələbə ilə başlayan ispanlar istəyinə yalnız 87-ci dəqiqədə vurduğu qolla çatıblar.
İspaniya millisinin təcrübəli çalışdırıcısı qələbəni çətinliklə qazanmalarını belə izah edib: "Qol vurmaq çətin idi, çünki Çexiya əla müdafiə olunurdu. Pley-offa çıxmaq üçün nə qədər xal lazım olacağını bilmirəm. Ancaq ümid edirəm ki, bugünkü 3 xal yaxşı təməl olacaq".
Visente del Boske qapıçı seçiminə də toxunub: "De Xea ilə Kasilyas arasında hər şey qaydasındadır. Kasilyas istənlən vaxt oynamağa hazırdır".
Xatırladaq ki, Kasilyas ehtiyatda qalması ilə kapitan sarğısı müdafiəçi Serxio Ramosa keçib.