1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Buffonla pozitiv, "Skuadra Adzurra" ilə neqativ göstərici
Canluicci Buffon kapitan kimi İtaliya milli komandasını 3-cü Avropa çempionatının final mərhələsinə çıxarıb. Sportnet.az-ın məlumatına görə, Belçika yığması ilə hazırda davam edən matçda bunu reallaşdıran "Yuventus"un 37 yaşlı qapıçısı bununla da turnirin tarixinə düşüb.
Belə ki, Buffonadək heç bir futbolçu Avropa çempionatında ardıcıl 3 final mərhələdə kapitan olmayıb. Bu, nə qədər yaxşı nailiyyət olsa da, digər göstərici heç də ürəkaçan deyil. Bu da İtaliya yığmasının start heyətinin təkcə hazırkı furnirdə yox, ümumiyyətlə, final mərhələsində ən yaşlı olmasıdır. Meydana çıxan 11 futbolçunun orta yaş həddi 31 yaş 169 gündür.
"Skuadra Adzurra"nın stat heyətində ən yaşlı futboilçu elə Buffondur - 38 yaş. Ən gənc isə 26 yaşlı Matteo Darmiandır. Andrea Bartsalyinin 35, Daniele De Rossinin 32, Marko Parolo, Corco Kyellini və Emmanuele Cakkerininin 31, Qratsiano Pellenin 30, Antonio Kandreva ilə Ederin 29 yaşı var.