İtaliyanın "Yuventus" klubu yeni transfer edib. Sportnet.az-ın məlumatına görə, Turin təmsilçisi "Roma"nın yarımmüdafiəçisi Miralem Pyaniçin keçidini həll etdiyini rəsmən açılayıb.
Bosniya və Herseqovina milli komandasının 26 yaşlı üzvü ilə 5 illik müqavilə imzalanıb. Bu keçid "Roma"ya 32 milyon avro qazandırıb.
Pyaniç ötən çempionatda 33 matçda 10 qol vurub, 12 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 7 oyunda 2 dəfə fərqlənib, 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Miralem Pyaniç "Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiçin millidə komanda yoldaşıdır.